Bu gün Tiflisdə "EXTEND - Avropa Birliyi, Şərqi Avropa və Cənubi Qafqaz (ŞACQ) ölkələri arasında İKT sahəsində tədqiqat əməkdaşlığının genişləndirilməsi” mövzusunda konfrans işə başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, layihə Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilir. Üç gün davam edəcək konfransa ŞACQ ölkələrindən 6 tərəfdaş ölkə və Almaniyadan, Fransadan, Belçikadan və Yunanıstandan da nümayəndələr qatılıb. Konfransda Azərbaycandan 8 alim iştirak edir.
... Ardı »