Cumə axşamı, 28.03.2024, 13:09
Sizi salamlayıram Guest | RSS

Zaqatala Tədris Mərkəzi

Menyu
Statistika

Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0
Giriş forması



********************

*******************
Перевести эту страницу
Переводчик PROMT©

Əsas » 2011 » İyun » 19 » Tiflisdə İKT sahəsində tədqiqat əməkdaşlığının genişləndirilməsi mövzusunda konfrans keçirilir
22:46
Tiflisdə İKT sahəsində tədqiqat əməkdaşlığının genişləndirilməsi mövzusunda konfrans keçirilir
 
[ 16 İyun 2011 19:56 ] 16 iyun 2011 Tiflis



Tiflis. Nizami Məmmədzadə - APA.
 
Bu gün Tiflisdə "EXTEND - Avropa Birliyi, Şərqi Avropa və Cənubi Qafqaz (ŞACQ) ölkələri arasında İKT sahəsində tədqiqat əməkdaşlığının genişləndirilməsi” mövzusunda konfrans işə başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, layihə Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilir.
Üç gün davam edəcək konfransa ŞACQ ölkələrindən 6 tərəfdaş ölkə və Almaniyadan, Fransadan, Belçikadan və Yunanıstandan da nümayəndələr qatılıb. Konfransda Azərbaycandan 8 alim iştirak edir. Tədbiri EXTEND layihəsinin AB-nin İKT üzrə Gürcüstan təmsilçisi Givi Koçaradze açıb. Açılışda AB-nin Gürcüstan nümayəndəliyinin təmsilçisi, Gürcüstan elmi Fondunun nümayəndəsi, layihənin Yunanıstandan olan rəhbəri Rafael Koumeri, Gürcüstan Politexnik İnstitutunun prorektoru iştirak edib. Layihənin əsas məqsədi Şərqi Avropa və Cənubi Qafqaz ölkələri ilə (Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna) AB-nin elmi tədqiqat strukturları arasında EXTEND istiqamətində əməkdaşlığın genişləndirilməsidir. Konfransda iştirak edən alimlərin məqsədi layihə xətti ilə prioritet istiqamətləri müəyyən etməkdir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, AB-nin EXTEND layihəsinin Azərbaycan üzrə təmsilçisi Tofiq Babayev APA-ya açıqlamasında EXTEND layihəsinin 2009-cu ilin yanvarından 30 ay müddətində davam etdiyini və bu il iyun ayının sonunda öz fəaliyyətini sona çatdıracağını bildirib: "Azərbaycanda İKT sahəsində cavabdeh qurum Rabitə və İnformasiya Texnologiya Nazirliyi, onun elmi istiqamətini müəyyənləşdirmək üzrə cavabdeh qurum Azərbaycan Milli Elmlər Akademiyasıdır. Biz İKT sahəsində prioritetləri müəyyən edərkən bu qurumlarla sıx əməkdaşlıq etmişik, Azərbaycanda 100 müəssisə və alim içindən 50 nəfər ekspert seçmişik. Alınan nəticələr Azərbaycan üzrə 8 əsas və 4 əlavə prioritet istiqamət müəyyən edilib. Təyin olunan bu mövzular AB-yə təqdim olunur və məqsəd də ondan ibarətdir ki, AB-nin elmi tədqiqat və texnoloji inkişafı çərçivə proqramlarının İKT istiqamətində gələn 4 ildə elan edəcəyi tenderlərdə bizim arzumuz nəzərə alınsın”.
T.Babayev Azərbaycanda İKT-nin tətbiqinin yeni səviyyəyə qədəm qoyduğunu vurğulayıb: "Bu barədə dövlət proqramı da var. İKT artıq cəmiyyətə konkret elektron xidmətlər göstərmək üçün inkişaf edir”.
 
 
 
 
 
 
Baxılıb: 711 | Əlavə etdi: ZTM | Reytinq: 5.0/1
Bütün şərhlər: 2
0  
2 Steven   (01.03.2012 09:34) [Material]
hasan yard?m diyor ki:candostum ali abiye ALLAH tan rhamet kalanlar?n? sagl?k sab?r diliyorum mekan? cennet olsun

0  
1 Gulnar   (30.06.2011 12:31) [Material]
"Konfransda Azərbaycandan 8 alim iştirak edir." Cavanşir müəllim, Bahar xanım, Sizlərin Azərbaycandan olan nümayəndə heyətinin tərkibində olmağınız Bizləri qürurlandırır, Sizlərlə fəxr edirik! Gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq! Yadıma "Yaradan nurundan payı olanlar!" kitabında Bahar xanımın haqqında yazılanlar düşür: "Həyatının mənasını axtarışda görən PEDAQOQ, taleyi gördüyü işlərlə yazılan MÜƏLLİM, qeyri-adi pedaqoji xüsusiyyətlərə malik, yaradıcı, innovativ,... müəllim olan Bahar İsmayıl qızının tələbəlik illərindən qəlbində oyanmış tədqiqat və araşdırmalar aləminin yolçusu olmaq arzusu baş tutmadı, ailə vəziyyəti imkan vermədi... Bu da bir alın yazısı, tale payı idi..." (Bir qrup zaqatalalı ziyalılar adından kitabın müəllifi, Azərbaycan Təhsil Problemləri İnstitutunun doktorantı, 60-dan artıq kitab, broşür müəllifi və ya həmmüəllifi, və ya redaktoru, Əməkdar jurnalist,... Şamxəlil Məmmədova dərin təşəkkürlərimizi bildiririk! Nə yaxşı ki, Sizin kimi təmənnasız olaraq Ən yaxşı müəllimlərin haqqında hər biri qızıla bərabər kəlamlari olan yazarlarımız var! ) Rəsmi, təsdiqedici sənədləri olmasa da, o qədər sözün əsl mənasında ALİM hesab etdiyimiz ZİYALILARIMIZ var ki... SİZlər də onların sıralarındasınız! Cavanşir müəllimi isə neçə illərdir ki, rayonda çoxları zarafatla "akademik" çağırır.

Qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilərlər.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyun 2011  »
BaBiİkÜçBeAl
   1234
567891011
12131415161718
19202122232425
2627282930
***********************
***********************
 Zaqatalada hava necə olacaq?
***********************

free counters
************************
*******************


*******************

************************ Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün


************************

ZTM © 2024