Zaqatala Computer Mərkəzi kimi 1992-ci ildə fəaliyyətə başlayan, 2001-ci ildən Bakı Elmi-Tədris Mərkəzinin filialı, 2007-ci ildən isə Zaqatala Tədris Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyət (ZTM MMC) kimi fəaliyyətini davam etdirən müəssisəmiz müxtəlif modullar üzrə təlimlərin təşkili və keçirilməsi sahəsində müəyyən qədər təcrübəyə malikdir. Belə ki, ümumilikdə fəaliyyət göstərdiyi 19 il ərzində müxtəlif dövrlərdə Mərkəzdə İT texnologiyaları, xarici dil, ekologiya üzrə, "Öz biznesinə başla”, "Öz biznesinə başla və inkişaf etdir”, "Beynəlxalq mühasibatlıq prinsipləri” və müxtəlif peşə kursları təşkil edilmiş və davam etməkdədir
... Ardı »