Əsas » 2011»İyun»19 » “Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində Informasiya cəmiyyətinə doğru: tədqiqat istiqamətləri və prioritetlər”
22:13
“Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində Informasiya cəmiyyətinə doğru: tədqiqat istiqamətləri və prioritetlər”
Konfrans Tiflis, Gürcüstan 16-17 İyun 2011
Konfrans Avropa Birliyi tərəfindən maliyyələşdirilən 7-ci Çərçivə Proqramının (7FP) EXTEND layihəsi (www.EXTEND-ict .eu) tərəfindən təşkil edilmşdir. Konfransa Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində İnformasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərənlər üçün, o cümlədən akademik (ali təhsil, elmi-tədqiqat) müəssisələrinin aparıcı alim və tədqiqatçıları, İKT sənayesində çalışan mütəxəssislər, nazirliklərin nümayəndələri dəvət olunmuşdurlar. Konfransın məqsədi informasiya cəmiyyətinin yaradılması üçün İKT Tədqiqat və İnkişaf (ICT Research&Development) proqramının regionda həyata keçirilməsi strategiyasının və fəaliyyət planının işlənib hazırlanması və regionun daha geniş Avropa təşəbbüslərinə qoşulmasıidi. Konfransda IKT tədqiqatları sahəsində tələbat, imkanlar və prioritetlər müzakirə edildi, Şərqi Avropa və Cənubi Qafqaz ölkələrinin gələcək tədqiqat istiqamətləri araşdırıldı, bu sahədə regiondaxili və Avropa ilə əməkdaşlığın genişləndirilməsi üçün konkret tədbirlər və tövsiyələr müəyyən edildi. Bundan əlavə, 7FP-nin İKT üzrə 8-ci müsabiqəsinə layihə təkliflərinin verilməsi üçün ideyalar təqdim və müzakirə edildi. Bu adı çəkilən ölkələrdə və Avropada İKT tədqiqatları aparan alim və mütəxəssilsərin görüşərək əlaqə qurması üçün gözəl fürsət oldu. Konfrans ingilis dilində keçirildi. Konfransın işi ilə http://www.extend-ict.eu/ saytında tanış ola bilərsininz.
Tofiq Babayev 7FP İKT proqramının Azərbaycan təmsilçisi Azərbaycanda EXTEND layihəsinin koordinatoru R.İ.T.A. MMC-nin direktoru
ABC and ABC Family should show these again from time to time, as aptropriape for the date.VA:F [1.9.11_1134]please wait...VA:F [1.9.11_1134](from 0 votes)
Qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilərlər. [ Qeydiyyat | Giriş ]