Şənbə, 20.04.2024, 17:30
Sizi salamlayıram Guest | RSS

Zaqatala Tədris Mərkəzi

Menyu
Statistika

Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0
Giriş forması



********************

*******************
Перевести эту страницу
Переводчик PROMT©

Əsas » 2014 » Mart » 13 » Gənclərə sahibkarlıq təlimlərinin təşkili və keçirilməsi
23:57
Gənclərə sahibkarlıq təlimlərinin təşkili və keçirilməsi
TƏLƏSİN!
YERLƏR VƏ VAXT MƏHDUDDUR

Gənclərə sahibkarlıq təlimlərinin təşkili və keçirilməsi Layihənin qısa təsviri Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən ayrılmış Qrantın məbləğini nəzərə alaraq: Layihədə Beynəlxalq Əmək Təşkilatının "Öz Biznesinə Başla və Təkmilləşdir” proqramına əsaslanaraq Zaqatala rayonunda yaşayan gənclər üçün "Öz Biznesini Başla” (ÖBB) təliminin təşkili və keçirilməsi nəzərdə tutulur. Təlim zamanı iştirakçılara – Biznes ideyaların formalaşdırılması və imkanların qiymətləndirilməsi; – Marketinqin əsasları (4P qaydası); – Biznesin planlaşdırılması; – Kreditlərin alınması qaydaları; – Vergi ödənişlərinin aparılması qaydaları haqqında ətraflı məlumatlar veriləcək, biznes planın hazırlanması istiqamətində praktik işlər görüləcək.




 Gənclərə sahibkarlıq təlimlərinin təşkili və keçirilməsi - "Öz Biznesinə Başla" layihəsi
   Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun,
    Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi,
    Zaqatala Tədris Mərkəzi,
    Yaddaş Maarifçi Gənclər İctimai Birliyinin
maliyyə, təşkilati və metodiki dəstəyi ilə həyata keçirilir.
 
Layihənin əsas məqsədi
Sahibkarlarlıq fəaliyyətinə başlamaq istəyən gənclərin maarifləndirilməsi və beləliklə regionda gənclərin daha geniş hissəsinin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, işgüzar aktivliyin artırılması işinə yardım etməkdir.

Layihənin həyata keçirilməsi nəticəsində:
   Regionlarda yaşayan gənc potensial sahibkarlar, biznes ideyanın qiymətləndirilməsi, biznesə başlamaq və müəssisənin idarə olunması üçün metodiki məsləhətlər, biznes-planların, investisiya layihələrinin işlənib hazırlanması, marketinq fəaliyyətinin təşkili və idarə edilməsi, sahibkarlığın inkişafı və müdafiəsi sisteminə dair ətraflı bilik və məlumatlar, qanunvericiliklə və onları maraqlandıran digər məsələlərlə bağlı və s. informasiya almaq imkanına malik olacaqlar.
 
Layihədə iştirak etmək istəyənlərdən
   http://ztm.ucoz.net/ və ya
ünvanlarında qeydiyyatdan keçmələri xahiş olunur.
Layihə haqqında ətraflı məlumat almaq üçün əlavə olaraq Gənclər Fondunun (http://youthfoundation.az/en/) internet səhifəsinə baxa və ya layihənin rəhbərinə (Ülviyyə Ağayeva) müraciət edə bilərsiniz.

 
İştirakçıların seçilməsi meyarları:
İştirakçıların seçilməsi zamanı:
   Yaşı 19-29 arasında olan,
   Təhsili ali, natamam ali və ya hər-hansı təlimçi kursunda iştirak etmiş,
   İqtisadi bilikləri olan,
   Oxşar tədbirlərdə iştirak etmiş
gənclərə üstünlük veriləcək
Cinsi balansa diqqət yetiriləcək
TƏLƏSİN!
YERLƏR VƏ VAXT MƏHDUDDUR

Baxılıb: 696 | Əlavə etdi: ztm7401 | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilərlər.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Mart 2014  »
BaBiİkÜçBeAl
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
***********************
***********************
 Zaqatalada hava necə olacaq?
***********************

free counters
************************
*******************


*******************

************************ Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün


************************

ZTM © 2024